Marseloya 3 oyunluq cəza

Marseloya 3 oyunluq cəza

“Real”ın futbolçusu Marselo 3 oyunluq diskvalifikasiya edilib. Buna braziliyalı müdafiəçinin İspaniya kubokunun 1/8 final matçındakı hərəkətləri səbəb olub.

“Elçe” ilə görüşdə (2:1, əlavə vaxtda) qırmızı vərəqə alan Marselo hakimə “sən çox pissən” deyib. Braziliyalı qırmızı vərəqə üçün 1, işlətdiyi ifadə üçün 2 oyunluq cəzalanıb. Marselo 1/4 finalı, əgər “Real” mərhələ adlasa, hər iki yarımfinal görüşünü buraxmalı olacaq.

ETOPAZ

Əvvəlki yazı

Dünyanın ən yaxşı futbol liqaları: Azərbaycan 60-cı yerdə

Növbəti yazı

Dembele üçün “Borussiya”ya daha 5 milyon