“Marsel” baş məşqçisi ilə yollarını ayıracaq
“Marsel” baş məşqçisi ilə yollarını ayıracaq. Komandanın hazırkı çalışdırıcısı Xorxe Sampaoli postunu tərk edəcək.
Fransa klubu tezliklə bu barədə rəsmi açıqlama verəcək. Hətta Liqa1 təmsilçisi argentinalının ayrılığından dərhal sonra yeni baş məşqçini təqdim etməyi də planlaşdırır.
Qeyd edək ki, “Marsel” ötən mövsüm Fransa çempionatında 2-ci yeri tutub.