“Aston Villa” Kaliniçi satdı

“Aston Villa” Kaliniçi satdı

“Aston Villa” xorvatiyalı qapıçısı Lovre Kaliniçi satıb. Premyer Liqa klubundan ayrılan qolkiper yetirməsi olduğu “Hayduk”a qayıdıb.

Xorvatiya millisinin heyətində DÇ-2018-in gümüş mükafatçısı olan 32 yaşlı Kaliniç sevimli komandası ilə 3 illik müqavilə imzalayıb. O, ötən mövsümü də icarə əsasında Split təmsilçisində keçirib.

Qeyd edək ki, Lovre Kaliniç 2021/22 mövsümündə Xorvatiya klubunun heyətində 35 oyunda 31 qol buraxıb.

ETOPAZ

Əvvəlki yazı

“Marsel” baş məşqçisi ilə yollarını ayıracaq

Növbəti yazı

“Palermo” “City Football Group”a qoşuldu