Sürpriz kupon – 02.07.2022
“Nekaksa” – “Toluka” – QOL/QOL
Meksikada yeni mövsüm başlayır. Hər iki komanda çempionata uğurlu start verməyə çalışacaq. 1×2 variantlarından hər hansı birini seçmək, məncə, risklidir. Qol /qol isə daha “sığortalı” variantdır.
“Santos” – “Flamenqo” – 2
Düz 2 aydır Braziliya A seriyasında uduzmayan “Santos” bu tur prinsipial rəqiblərindən “Flamenqo” ilə qarşılaşacaq. Tərəflərin öz aralarındakı son 7 matçın heç birində heç-heçə qeydə alınmayıb. Əksər oyunlarda da qonaq komanda qalib gəlib. Bu “ənənə”yə güvənərək oyun 2 variantına üstünlük verirəm.
“Helsinki” – “KuPS” – 2,5 ALT
Veykkausliqanın liderlərinin dueli. 2-ci sıradakı “Helsinki” bu matçı qazanarsa, lider “KuPS”la xalını bərabərləşdirəcək. Komandaların hər ikisinin güclü müdafiə xəttinə malik olması ehtiyatlı fikir yürütməyə vadar edir. Ona görə 2,5 alt variantını daha real sayıram.