Mane “Bavariya”da
Sadio Manenin “Bavariya”ya keçidi rəsmiləşib. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
30 yaşlı hücumçu ilə 3 illik anlaşma imzalayıb. “Liverpul” bu transferdən bonuslarsız 32 milyon avro qazanıb.
Bu rəqəm hətta 41 milyona çata bilər. Seneqallı forvard 2016-cı ilin yayından “Liverpul”da çıxış edir.
