“Mançester Yunayted”dən Antoni mövzusuna təkzib

“Mançester Yunayted”dən Antoni mövzusuna təkzib

Son günlər mətbuatda Antoninin Erik ten Haqla münaqişə yaşadığı ilə bağlı məlumatlar yayılıb. Lakin “Mançester Yunayted” mövzunu təkzib edib.

Cinah oyunçusu Premyer Liqanın “Bornmut”la oyununda (2:2) iştirak ərizəsinə salınmayıb. İlkin səbəb olaraq futbolçu-məşqçi münasibətlərinin pisləşməsi qeyd olunurdu. Lakin bəlli olub ki, braziliyalı cümə günü məşqdə zədə alıb. Onun durumu qeyri-müəyyən olaraq qalır.

ETOPAZ

Əvvəlki yazı

Sane “Bavariya”da qalacaq

Növbəti yazı

“Atletiko”nun Qrizmann planı