“Mançester Yunayted”də yeni müqavilə
“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla bağlı qərarını verib. Klub onunla müqaviləni uzadıb.
Bunu İngiltərə təmsilçisinin mətbuat xidməti açıqlayıb. Niderlandlı mütəxəssislə yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 2022-ci ilin yayından bu postu tutan 54 yaşlı mütəxəssis ən azı daha 2 il bu vəzifədə qalacaq.
Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsümdə Premyer Liqada 8-ci yeri tutub.