“Mançester Yunayted” Valverde ilə danışıqlara başladı

“Mançester Yunayted” Valverde ilə danışıqlara başladı

İngiltərənin “Mançester Yunayted” klubunu mövsümün sonunadək çalışdıracaq müvəqqəti baş məşqçi vəzifəsinə daha bir namizəd müəyyənləşib. “Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverde Premyer Liqa klubunun namizədlər siyahısındadır.

Mançester klubunun nümayəndələri ispaniyalı mütəxəssislə danışıqlara start verib. Tərəflər Valverdenin mövsümün sonunadək bu posta təyinatını müzakirə ediblər. Uğurlu fəaliyyət nəticəsində isə mütəxəssis postunda daha çox da qala bilər.

Qeyd edək ki, Valverde 2017-ci ilin mayından 2020-ci ilin yanvarınadək “Barselona”nın baş məşqçisi olub.

ETOPAZ

Əvvəlki yazı

Həftənin ən yaxşıları: Lillard və Adetokumbo

Növbəti yazı

Günün kuponu – 24.11.2021