Günün kuponu – 24.11.2021

Günün kuponu – 24.11.2021

“İnter” – “Şaxtyor” – 1

“Şaxtyor” qrupda bütün iddialarını “dəfn edib”. İlk 2 yer praktiki əlçatmazdır, 3-cü sıradakı “Şerif” lə isə 5 xallıq fərq var. “Real”la qrup liderliyi uğrunda mübarizə aparan “İnter” üçün həm bütün motivasiyasını, həm də zədə üzündən 3 əsas oyunçusunu – Traore, Moraeş və Konoplyankanı itirmiş Donetsk klubuna qalib gəlmək çətin olmamalıdır.

“Şerif” – “Real” – 2,5 üst

Tərəflərin ilk dövrədə Madriddəki oyununu heç kəs unutmayıb. Dünyaca məşhur rəqibinə  2:1 qalib gələn Moldova təmsilçisi tarix yazmışdı. Fikrimcə, bu dəfə əksinə olacaq. “Real” qalib gələcək, özü də azı 2 top fərqi ilə. Bir növ bu qarşılaşma “Kral Klubu” üçün qisas matçı olacaq.

“Brügge” – “Leypsiq” – 2,5 üst

Qrupda cəmi 1 xalı olan “Leypsiq” üçün ÇL artıq bitib. Almanlar bu tur “Brügge”yə qalib gələrək 3-cü yerə iddiasını saxlamaq istəyir. Belçika çempionu isə səfərdə olduğu kimi evdə də “Leypsiq”ə qalib gəlsə, PSJ və “Mançester Siti” ilə bərabər qrupdan çıxmaq şansını saxlayacaq. Hər iki komanda müdafiədə bərbad oyun göstərdiyindən qarşılaşmanın 2,5 üstlə bitəcəyini düşünürəm.

“İnter” – “Şaxtyor” – 1- 1,25

“Şerif” – “Real” – 2,5 üst – 1,37

“Brügge” – “Leypsiq” – 2,5 üst – 1,58

Yekun əmsal: 2,70

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Mançester Yunayted” Valverde ilə danışıqlara başladı

Növbəti yazı

Sürpriz kupon – 24.11.2021