“Mançester Yunayted” üçün yeni hücumçu

“Mançester Yunayted” üçün yeni hücumçu

“Roma”nın futbolçusu Temmi Abraham yenidən İngiltərədə çıxış edə bilər. Hücumçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Premyer Liqa klubunun skautları A seriyasının 32-ci turunda “Milan”a qarşı matçı (1:1) izləyib. Həmin görüşdə komandasının yeganə qoluna da 25 yaşlı ingiltərəli imza atıb.

Abraham 2021-ci ildən “Roma”da çıxış edir. O, cari mövsümün 45 matçında 9 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Klopp zədələndi

Növbəti yazı

Karridən yeni rekord