Karridən yeni rekord

Karridən yeni rekord

Stefen Karri NBA-da yeni rekorda imza atıb. “Qolden Steyt”in müdafiəçisi pley-offun 1-ci mərhələsinin 7-ci matçında fərqlənib.

O, “Sakramento” ilə görüşdə 50 xal, 8 ribaund və 6 ötürməyə imza atıb. Bunadək heç kim seriyanın 7-ci oyununda belə məhsuldarlıq göstərməyib.

2021-ci ildə “Miluoki” ilə qarşılaşmada Kevin Dyurent 48 xal yığıb. Dominik Uilkins və Sem Cons 47, Luka Donçiç 46 xala sevinib.

Qeyd edək ki, 120:100 hesabı ilə qalib gələn “Qolden Steyt” növbəti mərhələyə adlayıb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted” üçün yeni hücumçu

Növbəti yazı

Bundesliqa klubunda vida