Bundesliqa klubunda vida

Bundesliqa klubunda vida

“Leypsiq”in futbolçusu Kristofer Nkunkunun komandadan ayrılacağı dəqiqləşib. Bunu Almaniya klubunun baş məşqçisi Marko Roze açıqlayıb.

Mütəxəssis bildirib ki, hücumçu mövsümün sonunda Bundesliqa təmsilçisini tərk edəcək. 26 yaşlı fransalının “Çelsi”yə keçəcəyi gözlənilir.

Nkunku cari mövsümün 30 matçında 18 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Karridən yeni rekord

Növbəti yazı

Halandla bağlı qərar