Halandla bağlı qərar

Halandla bağlı qərar

“Mançester Siti”nin futbolçusu Erlinq Halandla bağlı qərarı bəlli olub. İngiltərə klubunun rəhbərliyi norveçli hücumçuya yeni müqavilə təklif edəcək.

Mançesterlilərin belə qərarına 23 yaşlı forvardın “şəhərlilər”in heyətindəki məhsuldar çıxışı səbəb olub. Haland cari mövsümün arxada qalan hissəsində 50 qola imza atıb.

Onun hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq. “Mançester Siti” Erlinqi daha uzun müddət heyətində saxlamaq niyyətindədir.

Skandinaviyalı futbolçu 2022-ci ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib.

ETOPAZ

Əvvəlki yazı

Bundesliqa klubunda vida

Növbəti yazı

“Lester”də ayrılıq