Klopp zədələndi

Klopp zədələndi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp kuryoz hadisə ilə üzləşib. 55 yaşlı məşqçi Premyer Liqanın 34-cü turunun “Tottenhem”lə matçında zədələnib.

Oyunun 90+4-cü dəqiqəsində hücumçu Dioqo Jotanın qolundan sonra dördüncü hakimin yanına qaçaraq, vurulan qolu çılğınca qeyd edən Klopp sol ayağından zədə alıb. Axsayaraq geri qayıdan alman mütəxəssis buna görə sarı vərəqə də alıb.

Qeyd edək ki, görüşü 4:3 hesablı qələbə ilə başa vuran “Liverpul” 56 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.

ETOPAZ

Əvvəlki yazı

25-ci qələbə

Növbəti yazı

“Mançester Yunayted” üçün yeni hücumçu