25-ci qələbə

25-ci qələbə

Karlos Alkaras Madriddəki “Masters”də növbəti qələbəsini qazanıb. İspan tennisçi 3-cü mərhələdə Qriqor Dimitrovu üstələyib – 6:2, 7:5.

Bu, Karlosun mövsümdə 25-ci qələbəsidir. O, yalnız iki dəfə uduzub.

Mövsümdə 6-cı turnirinə çıxan Alkaras 25 və daha çox qələbə qazanan 3-cü tennisçidir. Daniil Medvedev 32, Yannik Sinner 26 dəfə qalib gəlib.

Qeyd edək ki, Karlos əvvəlki 5 turnirin üçündə qalib, birində finalçı, digərində yarımfinalçı olub.

ETOPAZ

Əvvəlki yazı

Keyn Şirerə çatdı

Növbəti yazı

Klopp zədələndi