Keyn Şirerə çatdı
Harri Keyn Premyer Liqanın cari mövsümündə 25-ci qolunu vurub. “Tottenhem”in futbolçusu buna “Liverpul”la oyunda nail olub.
O, komandasının 3:4 hesabı ilə uduzduğu görüşdə bir dəfə fərqlənib. Keyn Premyer Liqada 4-cü dəfə bir mövsümdə 25 və daha çox qol vurur.
O, bununla da yarışın rekordunu təkrarlayıb. “Tottenhem”in hücumçusuna qədər yalnız Alan Şirer 4 fərqli mövsümdə ən azı 25 qola sevinib.