“Mançester Siti”dən ən erkən qol
Kevin de Breyne “Mançester Siti”nin Çempionlar Liqasında ən erkən qoluna imza atıb. Belçikalı yarımmüdafiəçi Çempionlar Liqasının “Real”la yarımfinal mərhələsinin ilk matçında fərqlənib.
Kevin 93-cü dəqiqədə hesabı açıb. 30 yaşlı futbolçu Con Stounza məxssu rekordu qırıb.
Con 2017-ci ildə “Feyenoord”la matçda erkən qola sevinib. O, 4:0 hesablı qələbəyə 95-ci saniyədəki qolla töhfə verib.
Kevinin vurduğu top həm də Çempionlar Liqasının yarımfinalında ən erkən qol olub.