Mançester derbisini “şəhərlilər” qazandı

Mançester derbisini “şəhərlilər” qazandı

İngiltərə Premyer Liqasında 8-ci turun oyunları keçirilir. Turun mərkəzi qarşılaşmasında Mançester derbisi baş tutub.

“Şəhərlilər” matça fəal başlayıb. İlk yarıda Erlinq Haaland və Fil Foden hərəyə iki dəfə fərqləniblər. İkinci hissədə “qırmızı şeytanlar” oyunun ssenarisini dəyişməyə çalışıb. “Mankunianlar”ın yeni transferi Antoni hesab arasındakı fərqi 3-ə endirib. Lakin ardınca Haaland və Foden ikilisi het-triklərini rəsmiləşdiriblər – 6:1. Oyunda dönüş yaratmağa çalışan Erik ten Haq meydana Antoni Marsialı buraxıb. Fransalı forvard iki qol vura bilib. Lakin komandanın bundan artığına gücü çatmayıb və Mançester derbisini “şəhərlilər” qazanıb.

Qeyd edək ki, “Mançester Siti” 20 xalla ikinci, “Mançester Yunayted” 12 xalla altıncı pillədə qərarlaşır. Turnir cədvəlinə 21 xalla “Arsenal” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Sinner Astana turnirindən imtina etdi

Növbəti yazı

“Sabah” 2-ci pilləyə yüksəldi