Luka Donçiçdən 41-ci tripl-dabl

Luka Donçiçdən 41-ci tripl-dabl

“Dallas”in basketbolçusu Luka Donçiç 41-ci dəfə tripl-dabla imza atıb. O, “Oklahoma” ilə görüşdə 20 xal, 11 ribaund və 12 ötürməyə imza atıb.

Lukanın komandası 104:102 hesablı qələbə qazanıb. Sloveniyalı klub tarixinin tripl-dabllarının yarıdan çoxunun müəllifidir. “Maveriks”in üzvləri indiyədək 81 belə uğura imza atıb. Bunun 41-i komandada 4-cü mövsümünü keçirən Donçiçin aktivindədir. İndiki baş məşqçi Ceyson Kidd 21, Maykl Finli 6 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl”ın hədəfində

Növbəti yazı

Federasiya prezidenti müəyyənləşdi