Luçeskuya Fransadan təklif

Luçeskuya Fransadan təklif

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku karyerasını Fransada davam etdirə bilər. Təcrübəli mütəxəssis “Nitsa”nın hədəfindədir.

Liqa1 təmsilçisi 77 yaşlı rumıniyalı ilə danışıqlara başlayıb. Luçesku mövsümün sonuna qədər vaxt istəyib.

“Nitsa” 2023-cü ilin əvvəlində Lüsyen Favrla yollarını ayırıb. Komandaya müvəqqəti Didye Diqar rəhbərlik edir.

Qeyd edək ki, ardıcıl 13 oyundur uduzmayan “Nitsa” 28 matçdan sonra 44 xalla turnir cədvəlində 7-cidir.

ETOPAZ

Əvvəlki yazı

Pley-offa 4-cü vəsiqə sahibini tapdı

Növbəti yazı

Zverevlə Frits Münhen turnirində