London klubunun seriyası davam edir

London klubunun seriyası davam edir

“Çelsi” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Lill”i məğlub edib (2:0). Londonlular ardıcıl altı oyunda qalib gəlməyi bacarıb.

Buna qədər Tomas Tuxelin komandası Premyer Liqada “Tottenhem” (2:0) və “Kristal Pelas”ı (1:0), İngiltərə kubokunda “Plimut”u (2:1), klublararası dünya çempionatında isə “Əl Hilal” (1:0) və “Palmeyras”ı (2:1) udub. “Zadəganlar”ın son 6 oyundakı top fərqi 10:2-dir.

Qeyd edək ki, “Lill”lə cavab oyunu martın 16-da Fransada keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Kadi Borqes: “Təslim olmayacağıq”

Növbəti yazı

Zverev diskvalifikasiya edildi