Zverev diskvalifikasiya edildi
Dünyanın üçüncü raketkası Aleksandr Zverev Akapulkodakı yarışdan kənarlaşdırılıb. Almaniyalı tennisçi diskvalifikasiya edilib.
Buna Zverevin idmançıya yaraşmayan hərəkətləri səbəb olub. O, cütlərin yarışındakı məğlubiyyətdən sonra hakimin üzərinə qışqırıb və ədalət təmsilçisinin əyləşdiyi qülləyə raketkası ilə döyəcləyib.