“Liverpul”un Maunt arzusu

“Liverpul”un Maunt arzusu

“Çelsi”nin futbolçusu Meyson Mauntun “Liverpul”a keçəcəyi gözlənilir. Mersisaydlılar 24 yaşlı futbolçunun keçidinin reallaşacağına əmindir.

Meysonun anlaşması 2024-cü ildə başa çatacaq. “Çelsi” onunla müqaviləni uzatmaqda razılıq əldə etməyib.

Bu üzdən Mauntun yayda satılacağı planlaşdırılır. “Mançester Yunayted”, “Mançester Siti” və “Nyukasl” da yarımmüdafiəçini heyətində görmək istəyir.

Qeyd edək ki, Maunt mövsümün 32 matçında 3 qol və 6 assistlə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Neveş qərarını verdi

Növbəti yazı

Özildən vida