“Liverpul” evdə məğlubedilməzdir

“Liverpul” evdə məğlubedilməzdir

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda “Vilyarreal”ı üstələyən “Liverpul” (2:0) “Enfild Roud”da məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. “Qırmızılar” turnirin bu mərhələsində indiyə qədər doğma arenasında yenilgi üzü görməyib.

Komanda Liverpuldakı 19 yarımfinal görüşünün 16-da qələbə qazanıb, 3 dəfə heç-heçə edib. Bundan başqa, cari mövsüm avrokuboklarda 9-cu qələbəsini qazanan Premyer Liqa təmsilçisi şəxsi rekordunu yeniləyib. Bu mövsüm komandanın passivində cəmi 1 məğlubiyyət olub. O da 1/8 final mərhələsinin “İnter”lə cavab görüşünə təsadüf edib.

Qeyd edək ki, mayın 3-dəki cavab matçında “Vilyarreal” “Liverpul”u qəbul edəcək.
 

ETOPAZ

Əvvəlki yazı

“İnter” uduzdu, “Milan” zirvədə

Növbəti yazı

Çempionlar Liqasında həftənin ən yaxşıları