Liqa1-in yaxşısı
Fransa Liqa1-də ayın futbolçusu bəlli olub. Pyer Le Melu ən yaxşı adına layiq görülüb.
“Brest”in yarımmüdafiəçisi fevralda hamını qabaqlayıb. O, səsvermədə “Marsel”dən Pyer-Emerik Obameyanq və “Lill”dən Conatan Devidi qabaqlayıb.
30 yaşlı yarımmüdafiəçi ilk dəfə bu mükafata sahib çıxıb. 2003/04 mövsümündən sonra ilk dəfə “Brest”in üzvü ən yaxşı seçilib.
Le Melu ötən ay 2 qələbə və 2 heç-heçədə pay sahibi olub. O, iki qola imza atıb.