“Barselona”nın ABŞ planı

“Barselona”nın ABŞ planı

“Barselona” 2024-cü ilin yayında ABŞ turnesinə çıxacaq. Bunu klubun mətbuat xidməti açıqlayıb.

İspaniya klubu üçüncü dəfə Şimali Amerikaya yollanacaq. İyulun 28-də səfərə çıxacaq komanda Orlando, Nyu-Cersi və Baltimorda matçlar keçirəcək.

“Barselona” iyulun 30-da “Mançester Siti”, avqustun 3-də “Real”, 6-da “Milan”la qarşılaşacaq.

Qeyd edək ki, “Barselona” ötən il Los-Anceles, Las-Veqas və Dallasda oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

Lopeteqi “Sevilya”nın hədəfində

Növbəti yazı

Liqa1-in yaxşısı