Argentinada yeni rekord

Argentinada yeni rekord

“River Pleyt” gənc ulduzu Franko Mastantuonoya qiymət qoyub. 16 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub 50 milyon avro ödəməlidir.

Hücumameylli yarımmüdafiəçi Buenos-Ayres klubu ilə müqaviləsini uzadıb. Yeni anlaşma 2026-cı ilin sonunadək nəzərdə tutulub.

Frankonun sərbəstqalma məbləği 45 milyon göstərilib. Transfer pəncərəsinin son 10 günündə bu rəqəm 50 milyon təşkil edəcək. Bu, Argentina futbolunda yeni rekorddur.

Futbolçunun xidmətində “Real” maraqlıdır. İspaniya klubu onu 18 yaşı tamamlananda heyətinə qatmağı planlaşdırır.

ETOPAZ

Əvvəlki yazı

Liqa1-in yaxşısı

Növbəti yazı

Xavi ilə bağlı qeyri-müəyyənlik