Lebrondan yeni rekord
“Leykers”in superulduzu Lebron Ceyms mövsümün rəmzi komandasına daxil edilib. O, üçüncü “beşlik”də yer alıb.
37 yaşlı forvard 18-ci dəfə mövsümün komandasına daxil edilir. Bu, NBA tarixində yeni rekorddur. Kobe Brayant və Kərim Abdul-Cabbar 15, Şakil Onil və Karl Meloun 14 dəfə buna nail olub.