Leao ilə “Milan” arasında fasilə

Leao ilə “Milan” arasında fasilə

“Milan” Rafael Leaonu komandada saxlamaq istəyir. Klubla futbolçu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar prosesi dayanıb.

Belə ki, tərəflər arasında tam fasilə yaranıb. “Milan” portuqaliyalı ilə sözləşməni 2027-ci ilin 30 iyununa qədər uzatmaq təklifini dondurub.

Bu, Leaonun təmsilçilərinin istəyinə görə baş verib. Onlar tələb ediblər ki, yeni müqavilədə sərbəst qalma məbləği 70 milyon, maksimum 80 milyon avro olaraq nəzərdə tutulsun.

ETOPAZ

Əvvəlki yazı

“Atalanta” “Borussiya”dan müdafiəçi alır

Növbəti yazı

“Barselona” Mərakeş millisinin futbolçusunu istəyir