Lakazetdən yeni rekord

Lakazetdən yeni rekord

Aleksandr Lakazet “Lion”un tarixinə düşüb. Hücumçu Liqa1-in “Lill”lə oyununda dubla imza atıb. Bu qarşılaşma 3:3 hesabı ilə nəticələnib.

31 yaşlı hücumçu bununla da cari mövsümdə vurduğu qolların ümumi sayını 20-yə çatdırıb. Lakazet karyerasında 5-ci dəfə “Lion”dakı bir mövsümdə 20 və ya daha çox qol vurub. O, “Lion”un tarixində buna nail olan ilk oyunçudur.

Qeyd edək ki, Lakazet 2013/14 mövsümündə 22, 2014/15 mövsümündə 31, 2015/16 mövsümündə 23, 2016/17 mövsümündə 37 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Benzema “Liverpul”la oyunu gözləyir

Növbəti yazı

Enes Messini arxada qoydu