Kundenin əvəzinə Dest

Kundenin əvəzinə Dest

“Sevilya”nın futbolçusu Jül Kundeyə elçi düşən “Barselona” fransalı müdafiəçi üçün öz futbolçularından keçməyə də hazırdır. Kataloniya klubu əndəlüslülərin tələb etdiyi məbləği aşağı salmaq üçün bu addımı atmağa məcburdur.

Sevilyanın eyniadlı təmsilçisi Kunde üçün 80 milyon avro istəyir. Barselonalılar bu vəsaiti ödəmək gücündə deyil. Kundenin indiki klubu da bu durumdan xəbərdardır.

Tərəflər Serjinyo Destin əks istiqamətdə getməsini müzakirə edirlər. Onun “Sevilya”ya keçidi qarşılığında Kunde üçün daha az vəsait ödəniləcək.

ETOPAZ

Əvvəlki yazı

Bautista-Aqut “Rolan Qarros”a qatılmayacaq

Növbəti yazı

Modriç mükafatlandırıldı