Bautista-Aqut “Rolan Qarros”a qatılmayacaq
Daha bir tennisçinin “Rolan Qarros”u buraxacağı dəqiqləşib. Dünyanın 19-cu raketkası Roberto Bautista-Aqut Fransadakı turnirdə iştirak etməyəcək.
O, bazar günü start götürəcək yarışın iştirakçıları sırasını tərk edib. İspaniyalını lakı-luzer əvəzləyəcək.
Buna Bautista-Aqutun biləyindəki zədə səbəb olub. O, Madriddəki turnirdən sonra kortlara çıxmayıb.