Modriç mükafatlandırıldı

Modriç mükafatlandırıldı

“Real”ın futbolçusu Luka Modriç daha bir fərdi mükafat qazanıb. Xorvatiyalı yarımmüdafiəçi “MARCA Əfsanəsi” mükafatı ilə təltif edilib.

İspaniyanın “Marca” nəşrinin təsis etdiyi bu ad idmançıların böyük xidmətlərinə görə verilir. Modriç mükafatlandırma mərasimində komanda uğurlarının daha önəmli olduğunu vurğulayıb: “Belə bir mükafata layiq görülməyim üçün fəxr edirəm. Mən fərdi deyil, komanda titulları qazanmağa üstünlük verirəm. Amma bu mükafatı almağıma da çox şadam”.

ETOPAZ

Əvvəlki yazı

Kundenin əvəzinə Dest

Növbəti yazı

“Benfika”da yeni baş məşqçi