Kulusevski üçün 30 milyon avro

Kulusevski üçün 30 milyon avro

Deyan Kulusevski “Tottenhem”də qalacaq. İngiltərə klubu onun transferi ilə bağlı razılıq əldə edib.

“Yuventus” bu keçiddən 30 milyon avro qazanacaq. Onun londonlularla imzalayacağı müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.

Deyan 2022-ci ilin qışından “Tottenhem”ə icarəyə verilib. Bu müddətdə Premyer Liqada 30 oyun keçirən futbolçu 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”dən “İnter”ə təklif

Növbəti yazı

“Barselona” Kesyeyə qiymət qoydu