Kroos PSJ ilə matçı buraxacaq

Kroos PSJ ilə matçı buraxacaq

Madrid “Real”ı ciddi itki ilə üzləşib. Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə oyunu öncəsi Toni Kroos zədələnib.

“Real”ın yarımmüdafiəçisinin sol ayağının bud nahiyəsində mikrocırıq yaranıb. Onun Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ-yə qarşı cavab oyununda (ilk oyun – 0:1) iştirakından praktiki olaraq söhbət gedə bilməz.

Komandada digər bir itki isə Fede Valverdedir. O, soyuqdəymə səbəbindən “Sosyedad”a qarşı oynamayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” Alveşlə müqaviləni uzadacaq

Növbəti yazı

Günün kuponu – 05.03.2022