Günün kuponu – 05.03.2022

Günün kuponu – 05.03.2022

“Midlsboro” – “Luton” – 1

İngiltərə kubokunda “Tottenhem”i udub 1/4 finala yüksələn meydan sahibləri yüksək əhval-ruhiyyədədir. “Midlsboro”nı sırf ev komandası adlandırmaq olar. Kris Uaylderin yetirmələri “Tottenhem” matçına qədər Çempionşipdə  öz meydanında ardıcıl 8 qələbə qazanıb,

üstəlik “Luton”un 2 əsas qapıçısı zədəlidi.

“Midlsboro”nu pleyoff zonasından iki xal ayırır və indi bu imkandan maksimum yararlanmaq üçün möhtəşəm azarkeş dəstəyinin olacağına da şübhə yoxdur.

Bütün sadaladıqlarımı nəzərə alaraq meydan sahiblərinin 1.68 koeffisient verilən qələbəsini təxmin etmək mümkündü.

“Şalke” – “Hanza” – 1

Ev qələbəsinə cəlbedici 1.62 koeffisient verilən “Şalke” Bundesliqaya yüksəlmək, “Hanza” isə 2-ci Bundesliqadakı yerini qorumaq uğrunda mübarizə aparır.

Komandalar arasında son 3 matç qelzenkirhenlilərin qələbəsi ilə bitib və bu qarşılaşmalarda rostoklular 1 dəfə də olsun qol vurmayıb.

12 oyundu meydanı qolsuz tərk etməyən meydan sahibləri rəqibindən daha şanslıdır.

“Leypsiq” – “Frayburq” – 1  

Turnir cədvəlində 4-cü və 5-ci yerləri bölüşən iki klubun prinsipial qarşılaşmasının favoriti “Leypsiq”dir.

Domeniko Tedeskonun komandası rəqibindən fərqli stabilliyi ilə seçilir. “Doğma divarlar” amilini də nəzərə alsaq bu matçda qələbəsinə 1.57 koeffisient verilən meydan sahiblərinin uğurlu nəticə qazanmaq ehtimalının daha real olduğunu görərik.

Anar Şabanoğludan ən son “Günün Kuponu”

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Kroos PSJ ilə matçı buraxacaq

Növbəti yazı

Sürpriz kupon – 05.03.2022