Sürpriz kupon – 05.03.2022

Sürpriz kupon – 05.03.2022

KPR – “Kardiff” – 1

KPR 7 oyundur evdə məğlub olmur. “Kardiff” isə son 3 səfər oyununda uduzur.

Komandalar arasında son 4 oyun KPR-in qələbəsi ilə yekunlaşıb.

KPR-in qələbəsi üçün 2.15 koeffisient yetərincə yüksək və gözlənilməzdi.

“Preston” – “Bornmut” – 2

Çempionşipdə ikinci pillədə qərarlaşan “Bornmut” “Fulhem”dən 9 xal geridədi. Amma Skott Parkerin komandası liderdən iki oyun az keçirib.

Çətin səfərdə qələbə qazanılmasa digər rəqiblər də turnir cədvəlində “Bornmut”a çata bilər. Qonaqlar Çempionşipdəki son 4 oyunda xal itirməyib və uğurlu seriyanı davam etdirmək üçün bu matçda bütün potensialını ortaya qoymalıdı. Bukmekerlərin 2.15 koeffisient verdiyi “Bornmut”un səfər qələbəsinə mərc etmək olar.

“Boavişta” – “Braqa” – QOL/QOL

Emin Mahmudovla Kamran Ağayevin keçmiş komandası 12 oyundur meydanı qolsuz tərk etmir və 10 oyundur qapısında qol görür.

Bukmekerlərin favorit saydığı qonaqlar isə səfər matçlarında qeyri-sabit qrafik çızır.

Komandalar arasında son oyun dekabrın 16-sı keçirilib və “Boavişta”nın 5:1 hesablı qələbəsi ilə bitib, çempionatın ilk dövrəsindəki qarşılaşmada isə 2:2 hesablı heç-heçə qeydə alınıb.

1.74 koeffisientlə Qol/Qol bu oyunda mənə görə ən məntiqli mərcdi.

Anar Şabanoğludan ən son “Sürpriz Kupon”

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 05.03.2022

Növbəti yazı

Bundesliqa matçı təxirə salındı