Kriştiano Ronaldo “Mançester Yunayted”ə qayıtdı

Kriştiano Ronaldo “Mançester Yunayted”ə qayıtdı


İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo karyerasını “Mançester Yunayted”də davam etdirəcək. Bunu İngiltərə klubu açıqlayıb. Bildirilir ki, Portuqaliyalı hücumçunun keçidi ilə bağlı razılıq əldə olunub. Premyer Liqa təmsilçisi Ronaldonun transferi ilə bağlı “Yuventus”la razılıq əldə edib. Futbolçunun özü ilə də müqavilənin detalları razılaşdılırıb. Kriştiano tibbi müayinədən keçdikdən sonra “Mançester Yunayted”in futbolçusu olacaq.
Bu transfer 25 milyon avroya başa gəlib. 2003-09-cu illərdə də “Mançester Yunayted”də oynamış portuqaliyalı hücumçu 12 ildən sonra əvvəlki klubuna qayıdıb.
Ronaldo mançesterlilərlə üç dəfə İngiltərə çempionu, iki dəfə Liqa kubokunun, bir dəfə ölkə kubokunun, 2008-ci ildə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında qrup mərhələsinin püşkü atıldı

Növbəti yazı

Mitroviç “Fulhem”də qaldı