Keyni dayandıran tapılmır

Keyni dayandıran tapılmır

Harri Keyn Avropa çempionatlarının seçmə mərhələlərində ardıcıl 11-ci oyunda qol vurub. İngiltərə millisinin hücumçusu AVRO-2024-ün Malta ilə matçında fərqlənib. O, penaltini dəqiq yerinə yetirib.

Onun uğurlu seriyası 2019-cu ilin martında başlayıb. Həmin vaxt Keyn Çexiyaya (5:0) qol vurub. Seriya müddətindəki 11 matçda forvard 15 dəfə fərqlənib.

Qeyd edək ki, İngiltərə Maltanı 4:0 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Daud “Brayton”da

Növbəti yazı

Mbappe Platiniyə yaxınlaşdı