Keyn üçün 88 milyon funt

Keyn üçün 88 milyon funt

“Tottenhem” Harri Keynin qiymətini müəyyənləşdirib. İngiltərə klubu hücumçusunu bu yay satmağa hazırdır.

Londonlular 29 yaşlı forvard üçün 88 milyon funt (99 milyon avro) tələb edir. Avropa nəhənglərinin hədəfində olan Keynin qiymətini PSJ ödəməyə hazırdır.

Onun müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq. Forvard 2011-ci ilin yanvarından “Tottenhem”də forma geyinir.

Keyn mövsümün 31 matçında 23 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 21.04.2023

Növbəti yazı

Nadal Madriddə oynamayacaq