Sürpriz kupon – 21.04.2023
“Arsenal” – “Sauthempton” – 1
32-ci turda premyer liqanın lideri autsayderi qəbul edir. Topçular “Mançester Siti”ni 4 xal qabaqlayır. Amma “Arsenal” izləyicisindən 1 oyun çox keçirib. Ona görə lider üçün hər oyun böyük önəm daşıyır. “Liverpul” və “Vest Hem”lə matçlarda heç-heçə etməklə xal itirən lider bu dəfə qələbə qazanmalıdı.
“Espanyol” – “Kadiz” – QOL/QOL
Meydan sahibləri uğursuzluğu davam etdirəcəyi halda yeni mövsüm La Liqada olmayacaq. “Kadiz” autsayderlər qrupunu 3 xal qabaqlayır. “Espanyol” ardıcıl altı görüşdə məğlub olub. Son 5 matçda 5 xal toplayan (1 qələbə, 2 heç-heçə) qonaqlar təhlükəli zonadan uzaqlaşmağa çalışacaq.
“Verona” – “Bolonya” – “Bolonya” qələbə qazanacaq, hər iki komanda qol vuracaq
Meydan sahibləri təhlükəli zonanı tərk etmək üçün xalını artırmalıdı. “Bolonya” isə əksinə avrokuboklara vəsiqə qazanmaq şansını saxlayıb. Qonaqları Konfrans Liqasına vəsiqə verən pillədən 5 xal ayırır. Ötən tur “Milan”la 0-0 oynayan “Bolonya”nın qələbə şanslarını yüksək qiymətləndirirəm.