Günün kuponu – 21.04.2023
“Anje” – PSJ – ÜST2.5
Fransa liqasının ənənəvi lideri PSJ səfərdə autsayderin qonağı olacaq. Neymarlı, Messili Paris klubu zəif rəqiblə matçda sürprizə səbəb olma ehtimalı az deyil. Bununla belə 8 xal fərqli birinci olan PSJ-dən qələbə gözləyirəm.
“Silkeborq” – “Olborq” – QOL/QOL
Danimarka çempionatında 25 tur oynanılıb. Statistikaya əsasən komandaların son beş duelində meydan sahibləri qələbə qazanıb. Hər iki tərəf ötən tur xal itirib. Meydan sahibləri “Odense”yə uduzub (0-2). “Olborq” isə səfərdə “Mityuland”la 1-1 oynayıb. Bu görüşdə qol\qol seçiminin doğrulacağını düşünürəm.
“Varta Poznan” – “Legiya” – “Legiya” qələbə qazanacaq, hər iki komanda qol vuracaq
“Legiya” 8 xal geri qalmaqla ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 5-ci yerdədir. “Legiya” son 2 turda qələbə qazana bilməyib, 2 heç-heçə ilə kifayənlənib. Ona görə bu matçda qonaqların daha fəal olacağını fikirləşirəm.