Keyn Haalandı geridə qoydu

Keyn Haalandı geridə qoydu

Harri Keyn ardıcıl 9-cu matçda da qol vurub. İngiltərəli forvard Şimali Makedoniya ilə oyunun 59-cu dəqiqəsində hesabı bərabərləşdirib.

Oktyabrın 17-dən etibarən hücumçu milli komandada və “Bavariya”nın heyətində hər matçda fərqlənir. Bu müddət ərzində onun aktivində 16 qol var.

Keynin 2023-cü ildə 49 qolu var. O, Erlinq Haalandı (Norveç millisi, Mançester Siti) qabaqlayıb. Onları Kriştiano Ronaldo (Portuqaliya millisi, Əl Nəsr) və Kilian Mbappe (Fransa millisi, PSJ) izləyir – hər biri 46 qol.

ETOPAZ

Əvvəlki yazı

İtaliya 11-ci dəfə Avropa çempionatında

Növbəti yazı

Kvaratsxeliya pley-off matçını buraxacaq