Kevin Durant məşqlərə başladı
“Bruklin”in ulduz hücumçusu Kevin Durant zədə səbəbindən komandasına kömək edə bilmirdi. O, artıq meydançada yüngül məşqlərə başlayıb.
Baş məşqçi Stiv Neşin sözlərinə görə, Durantın qayıtma tarixi hələ dəqiq deyil. Basketbolçu özünü yaxşı hiss elədiyini bildirib:
“Hər gün yaxşıya doğru gedirəm. Aydındır ki, bu bir prosesdir. Hər həftə özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Proses ləng gedir, amma sürəti artırmağı səbirsizliklə gözləyirəm”.