“İnter”in seriyası bitdi

“İnter”in seriyası bitdi

“İnter” 25-ci turda “Napoli” ilə heç-heçə edib (1:1). Bu görüş “nerrazzuri” üçün yaddaqalan olub. Belə ki, İtaliya klubu çempionatda son 6 səfər görüşündə ilk dəfə qol buraxıb.

A Seriyasında çıxış edən Milan təmsilçisinin səfər meydanlarında 440 dəqiqəlik quru oyunlar seriyası sona çatıb. “İnter” sonuncu dəfə 7 noyabr 2021-ci ildə – 12-ci turda “Milan”a qonaq olduğu oyunda (1:1) qapısında top görüb.

Qeyd edək ki, “İnter” 24 matçdan sonra A Seriyasında turnir cədvəlinə başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Kevin Durant məşqlərə başladı

Növbəti yazı

Ən uzun tay-brek