Kevin əməliyyat olundu

Kevin əməliyyat olundu

Belçika millisinin və “Mançester Siti”nin futbolçusu Kevin de Bruyne əməliyyat olunub. Yarımmüdafiəçinin cərrahi müdaxiləsi uğurla keçib.

Onun əməliyyatı Antverpendə gerçəkləşib. Futbolçu yaxın müddətdə bərpa prosesinə başlayacaq.

Kevinin 3-4 aya meydanlara dönəcəyi gözlənilir. 32 yaşlı oyunçu Premyer Liqanın ilk turunun “Bernli” ilə qarşılaşmasında xəsarət aldığı üçün meydanı erkən tərk edib.

Qeyd edək ki, həmin oyunda mançesterlilər 3:0 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqanın 4-cü turunun oyun cədvəli bəlli oldu

Növbəti yazı

Varana ərəb təklifi