Karvaxaldan rekord

Karvaxaldan rekord

İspaniya millisinin futbolçusu Dani Karvaxal Avropa çempionatları tarixinə düşüb. O, Xorvatiya ilə qarşılaşmanın (3:0) ilk yarısının artırılma dəqiqələrində vurduğu qolla rekorda imza atıb. 

Karvahal 32 yaş 156 günlüyündə rəqib qapısına yol tapıb. O, bununla da İspaniyanın Avropa çempionatlarında qol vuran ən yaşlı futbolçusu olub. 

Ona bu qolun ötürməsini verən Lamin Yamal isə 16 yaş 338 günündə Avropa çempionatları tarixinə ən gənc assistent kimi öz adını yazdırıb.

ETOPAZ

Əvvəlki yazı

İtaliya 10-a çatdı

Növbəti yazı

Günün kuponu – 17.06.2024