Günün kuponu – 17.06.2024
Rumıniya – Ukrayna 2
Şübhəsiz hər iki komandanın məqsədi Avropa çempionatına qələbə ilə başlamaqdır. Ukrayna millisinin məlum səbəblərdən son illər mənəvi-psixoloji problemləri olsa da, bu çətinlik onları həm də komanda olaraq güclü edib. Ukraynalı futbolçular bu çempionatda öz vətənindən qaçqın düşmüş milyonlarla həmvətənini sevindirməyə çalışacaq. Ustalıq, peşəkarlıq səviyyəsi öz yerində, mənəvi amillər də Ukraynanı Rumıniya ilə açılış matçında favorit edir.
Belçika – Slovakiya 1
Belçika millisi potensialına görə rəqibindən üstündür. Heyətdə istənilən oyunun taleyini həll edə biləcək oyunçular çoxdur. Məncə, Avro 2024-ə qələbə ilə başlayacaqlar.
Avstriya – Fransa QOL/QOL
Bu komandaların son 4 duelindən 3-də qarşılıqlı qollar qeydə alınıb. Hər iki komandanın hücum potensialı yetərincə yüksəkdir. Fikrimcə, qol-qol uyğun variantdır.