Karrinin seriyası qırıldı

Karrinin seriyası qırıldı

“Qolden Steyt”in basketbolçusu Stefen Karrinin seriyası qırılıb. O, final seriyasının “Boston”la 5-ci matçında bir dəfə də üçxallıq atışa sevinməyib.

Karrinin 9 cəhdi uğursuz alınıb. Bununla da onun tarixi seriyası başa çatıb. O, ardıcıl 233 matçın hərəsində ən azı bir üçxallıq atışda dəqiq olmuşdu. Bu, NBA tarixinin mütləq rekordudur. Seriyanın 132 matçı pley-offda 101-i müntəzəm çempionatda baş tutub. “Boston”la matçadək Karrinin üçxallıq atış etmədiyi son oyun 2018-ci il noyabrın 8-də “Miluoki”yə qarşı olub.

ETOPAZ

Əvvəlki yazı

Levandovski üçün 50 milyon

Növbəti yazı

“Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi dəqiqləşdi