Levandovski üçün 50 milyon

Levandovski üçün 50 milyon

“Bavariya”nın Robert Levandovski üçün tələb etdiyi məbləğ dəqiqləşib. Almaniya klubu hücumçusunun transferi üçün 50 milyon avro istəyir.

Münhen təmsilçisi 33 yaşlı polşalı üçün ödəniləcək vəsaitin birdəfəlik və dərhal verilməsini tələbini irəli sürüb. Levandovskinin xidmətində “Barselona”, PSJ və “Çelsi” maraqlıdır. Son günlərdə “Mançester Yunayted” də polşalıya elçi düşüb. Müqaviləsi gələn ilin yayında başa çatacaq forvard “Bavariya”dan ayrılmağa qərar verib.

ETOPAZ

Əvvəlki yazı

“Atlanta” Kollinzdən imtina edir

Növbəti yazı

Karrinin seriyası qırıldı